İmtahana gedərkən bunlara diqqət edin! - Təcrübəli pedaqoq Rafiq Məmmədovdan məsləhətlər
26 may 2022
1.İmtahana gedərkən baxışları üzərinizə çəkməyən sadə geyimlər geyinməyiniz məsləhət görülür.
2.Həmin gün yeni paltar,ayaqqabı geyinməsəniz, daha yaxşı olar. Gündəlik geyindiyiniz, özünüzü rahat hiss etdiyiniz paltarları geyinin.
Çünki yeni paltar diqqətinizi dağıda, təzə ayaqqabı ayağınızı sıxa bilər, bu da ümumi əhvalınızı korlayar.
3.Bazar günü imtahandır, bir gün öncə imtahan verəcəyiniz məktəbə gedin. (Binanı tanısanız,orada orta məktəbi oxusanız belə)
Bu, imtahanqabağı sizin həyəcanınızın azalmasına yardım edər.
4.İmtahandan əvvəlki gün qəbul edəcəyiniz dərmanlara diqqət edin. Ola bilər ki, istifadə etdiyiniz dərman gecə sizi yuxusuz qoyar. Səhər imtahan vaxtı əzgin, yorğun, yuxusuz olarsınız. (Allah qorusun)
Bəzən ixtisas sahibi olmayan adamlar həyəcanı yatırmaq məqsədi ilə yanlış dərmanlar tövsiyə edirlər. Bu abituriyentin imtahanda özünü pis hiss etməsinə,yuxusunun gəlməsinə səbəb olar, diqqətli olmaq lazımdır.
5.Valideynlər övladlarını imtahanqabağı stressə salmamalıdır, ən önəmlisi imtahana gedəndə abituriyentlə cəmi bir nəfərin getməyi məsləhətdir.
Çox adam gedəndə onu həyəcan bürüyür, stressli olur.
6.Bəzi valideynlər imtahan günü övladlarına belə deyir:
-Əgər filan qədər bal toplamasan,evə gəlmə və s.
Bəziləri isə: Sənə çox güvənirəm, mümkün deyil ki, sən yüksək bal toplamayasan və s.
Bu tip davranışların hər ikisi abituriyentləri stressə sala bilər .
İmtahan günü sadəcə övladınızı yola salın, ona rahat olmasını tövsiyə edin və xeyir-dua verin.