Abituriyent hazırlıq kursları

Abituriyent hazırlıq kursları
Abituriyent hazırlıq kursları

Abituriyent hazırlıq kursu 2014-cü ildən başlayaraq Zəka Kurslarında yüksək səviyyədə tədris olunmuşdur.
      Zəka Kurslarının Bakıda abituriyent hazırlığı ilə məşğul olan kursların reytinq sıralamasında ilk pillələrdə olması təsadüfi deyildir. Belə ki, abituriyent hazırlıq kursu fəailiyyət göstərdiyi 8 il ərzində 3 məzunu maksimum nəticə -  700 bal toplamış, bundan əlavə 7 məzunu Prezident təqaüdçüsü adına layiq görülmüşdür. Bu illər ərzində 120-dən çox məzunu 600 baldan yüksək, 200-dən çox məzunu isə 500-600 bal aralığında nəticə göstərmişdir. Bu yüksək nəticələrlə yanaşı, Zəka abituriyent hazırlıq kurslarının ümumi qəbul göstəricisi ötən illərdə 96 faiz olmuşdur.
      Yüksək nəticələrin əldə edilməsində dərslərin kursumuzun peşəkar, təcrübəli müəllim heyəti tərəfindən DİM proqramına uyğun olaraq keçirilməsinin böyük rolu vardır. Müəllimlər hər bir mövzunu abituriyentlərə tam aydın şəkildə izah edir, hər mövzunu ətraflı sual - cavab edirlər. Dərslər yekunlaşdıqda abituriyentlər tərəfindən mövzunun anlaşılmayan hissəsi olduğu bildirilərsə, yenidən izah olunur. Dərsin tam dərk edildiyinə əmin olduqdan sonra isə növbəti mövzuya keçilir.
      Ən vacib təhsil ocağının məktəb olduğunu nəzərə alaraq kursumuzda  abituriyentlərə rahat olması üçün dərslər 15:00-da başlanılır. Bundan əlavə olaraq şagirdlərimizin özlərini sərbəst hiss etməsi üçün oğlanlara 1,3,5-ci, qızlara isə 2,4,6-cı günlər geniş və rahat otaqlarda dərslər tədris olunur. Dərslərimiz həm fərdi, həm də qrup şəklində keçirilir. Hər dərs saatı 50 dəqiqədən ibarətdir.
      Zəka abituriyent hazırlıq kursu tərəfindən şagirdlərə kursun müəyyən etdiyi dərslik və abituriyent test bankları, həftəlik mövzu sınaqları, aylıq abituriyent sınaq imtahanları və müəllimlərin hazırladığı əlavə mövzu testlərini ödənişsiz olaraq təqdim olunur. Sınaq imtahanlarında zəif nəticə göstərmiş abituriyentlərə əlavə saatlar təşkil edilərək dərslər keçirilir, nəticədə yaranmış problem qısa zaman ərzində aradan qaldırılır. Kursumuz tərəfindən nizam-intizam qaydalarına xüsusi diqqət göstərilir. Buna görə də, nizam- intizam qaydalarını pozan, dərslərə hazırlıqsız gələn tələbələrə xəbərdarlıq edildikdən sonra əgər edilən məsuliyyətsiz davranışlar təkrarlanarsa, valideynlərinə bu barədə məlumatlar verilir. Qaydaları kobud şəkildə pozan tələbələr dərslərə bir daha buraxılmır.
      Həmçinin Zəka hazırlıq kurslarının keçirdiyi qəbul imtahanlarında iştirak edərək ödənişsiz və yaxud güzəştli  təhsil almaq şansını əldə edə bilərsiniz. Bundan əlavə olaraq, kursumuz tərəfindən abituriyent sınaq imtahanlarında yüksək bal toplamış tələbələrə kursumuz tərəfindən müxtəlif hədiyyələr verilir. Habelə, universitetlər üçün keçirilmiş qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələr də kursumuz tərəfindən mükafatlandırılır.
       O cümlədən abituriyentlərdən əlavə olaraq sağlam və güclü təməl qurulması üçün tədris mərkəzimizdə təkmilləşdirmə, yəni 5-8-ci siniflər üzrə hazırlıq həmçinin 9-cu siniflərin orta təhsil səviyyəsi üzrə DIM-in təşkil etdiyi buraxılış  imtahanında müvəffəqiyyət qazanmaları üçün  8-9-cu sinif hazırlıqları da kursumuz tərəfindən yüksək səviyyədə tədris edilir. Onu da qeyd edək ki, kursumuz tərəfindən 5-8-ci siniflər üzrə hazırlıq dərslərində ingilis dili dərsləri əlavə ödəniş edilmədən müasir səviyyədə - Cambridge üsulu ilə keçirilir. İmtahanlar speaking, reading, writing və listening üzrə ayrı-ayrılıqda götürülür. Dərslərin Cambridge üsulu ilə keçirilməsində üstünlük ondan ibarətdir ki, kursumuzun aşağı yaş sinif şagirdləri ingilis dilini daha asan anlayıb mənimsəyir və səlis cümlələr quraraq fikirlərini aydın şəkildə ifadə edirlər. Daha çox məlumat əldə etmək üçün bizimlə əlaqə saxlaya və ya kursumuza müraciət edə bilərsiniz. Bizim məqsədimiz uğurlu gələcəyə doğru birlikdə addımlamaqdır.