+994 12 5646999
zekakurslar@gmail.com

 

YÖS - Türkiyədə ali təhsil almaq istəyənlər üçün qəbul imtahanına hazırlıq proqramı

image 1

Türkiyədə təhsil almaq istəyən dinləyicilər YÖS (Yabancı Ögrenci Sınavı) proqramına əsasən hazırlanır. Əvvəllər Türkiyənin dövlət qurumu olan ÖSYM (Ögrenci Seçme ve Yerleştirme Merkezi) YÖS imtahanını xarici ölkələrdə həyata keçirirdi. Artıq bir neçə ildir ki, ÖSYM YÖS imtahanının keçirilməsini dayandırıb. Xarici tələbələrin türkiyədə təhsil almasını universitetlər özləri həyata keçirməyə başladı. Bu qəbul bir neçə formada aparılır.

1. YÖS imtahanı ilə

2. Digər Beynəlxalq imtahan nəticələri ilə

3. Attestat qiymətləri ilə

Türkiyənin ən prespektivli universitetlərinə qəbul olmaq üçün mütləq YÖS imtahanının nəticəsi lazımdır. İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərdə fəaliyyət göstərən universitetlər tibb, mühəndislik, diş həkimliyi fakultələrinə YÖS nəticəsi ilə tələbə qəbul edirlər. İmtahanlarda iştrak etmək üçün Türkiyəyə getməyə ehtiyac yoxdur. Çünki Türkiyə Universitetləri YÖS imtahanını Bakıda keçirir.

Bakı şəhərində keçən il imtahan keçirən Universitetlərdən bəziləri:

İstanbul Universiteti (İstanbul)

Ankara Universiteti (Ankara)

İzmir Katib Çelebi Universitesi (İzmir)

Atatürk Universiteti (Erzurum)

Ondokuz Mayıs Universiteti (Samsun)

Balıkesir Universiteti (Balıkesir)

Selcuk Universiteti (Konya)

Akdeniz Universiteti (Antalya)

Celal Bayar Universiteti (Manisa)

Çanakkale Universiteti (Çanakkale)

Dumlupinar Universiteti (Kütahya)

Çukurova Universiteti (Adana)

Osmangazi Universiteti (Eskişehir)

Giresun Universiteti (Giresun)

 Kafkasya Universiteler birliyi (Bir neçə universitet)

Karadeniz Teknik Universiteti (Trabzon)

Sıtkı Kocaman Universitesi (Mugla)